Lyuis Hemilton "Formula-1"in beşqat çempionu oldu

Britaniyalı pilot, "Mercedes" komandasının üzvü Lyuis Hemilton vaxtından əvvəl "Formula-1" yarışlarının 2018-ci il mövsümünün qalibi adını qazanıb.

Bu adı Hemilton Meksika Qran-Prisinin nəticələrinə əsasən qazanıb. O, onun ən yaxın izləyicisi almaniyalı Sebastyan Fettel ("Ferrari" komandası) üçün əlçatmaz olub.

Meksikada Fettel ikinci olub, Hemilton finiş xəttinə dördüncü çatıb. Məhz bu nəticə Hemiltona vaxtından əvvəl çempion olmaq üçün xal fərqini qoruyub saxlamağa imkan verdi.

Qeyd edək ki, Meksikada Qran-Prisinin qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub.

Xatırladaq ki, Hemilton daha öncə 2008, 2014, 2015 və 2017-ci illərdə yarışmanın qalibi olub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31