"El klassiko"da "Barselona" rüzgarı
28 Oktyabr 2018 21:16 İdmanKataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya çempionatının 10-cu turunda Madrid "Real"ı üzərində böyükhesablı qələbə qazanıb.
"Kamp Nou" stadionunda keçirilən "El klassiko" oyunu ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniyalılarn heyətində yarımmüdafiəçi Filippe Koutinyo və Arturo Vidal, həmçinin "het-trik"ə imza atan hücumçu Luis Suares fərqlənib.
"Real"ın yeganə qolunun müəllifi müdafiəçi Marselo olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31