İrina Netreba: "Qələbəmi anama həsr edirəm"

İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan ilk qadın güləşçimiz olub.

65 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı güləşçi bürünc medal əldə etdikdən sonra mundialdakı çıxışı haqqında bunları deyib: "Sözsüz, medal uğrunda görüş çətin keçdi. Amerikalı rəqibimi daha öncədən tanıyırdım. İlk dəfə dünya çempionatında medal qazandım. Bu "bürünc"ü Avropa çempionatında əldə etdiyim gümüş medaldan daha dəyərli sayıram. Məni sevindirən məqamlardan biri daha əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm".

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31