Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

III turun matçlarından sonra ən yaxşı oyunçu adına bosniya və herseqovinalı Edin Ceko ("Roma", İtaliya), misirli Məhəmməd Salah ("Liverpul", İngiltərə), ispaniyalı David Silva ("Mançester Siti", İngiltərə) və mərakeşli Aşraf Hakimi ("Borussiya" Dortmund, Almaniya) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar argentinalı Anhel Di Mariya (PSJ, Fransa), braziliyalı Marselo ("Real Madrid", İspaniya), portuqaliyalı Bernardu Silva ("Mançester Siti", İngiltərə) və italiyalı Lorentso İnsinyenin qollarıdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.  

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31