PSJ 93-cü dəqiqədə vurduğu qolla “Napoli”yə məğlubiyyətdən qaçıb – NƏTİCƏLƏR
25 Oktyabr 2018 09:47 İdmanUEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub.
Günün mərkəzi görüşü Parisdə yerli PSJ ilə İtaliyanın "Napoli" komandaları arasında keçirilib. "Park de Prens" stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.
"Napoli"nin heyətində vurulan qolların müəllifi Lorenso İnsinye, Dris Mertens və öz komandasını məyus edən Mariu Ruy olub. PSJ məğlubiyyətdən oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Anhel Di Mariyanın vurduğu qolla xilas olub.
Paralel keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Çempionlar Liqası, III tur
A Qrupu
"Borussiya Dortmund" (Almaniya) - "Atletiko M" (İspaniya) - 4:0
Qollar: 1:0 - Vitsel - 38, 2:0 - Qerreyru - 73, 3:0 - Sanço - 83, 4:0 - Qerreyru - 89
"Brügge" (Belçika) - "Monako" (Fransa) - 1:1
Qollar: 0:1 - Silla - 31, 1:1 - Ugsli - 39
B Qrupu
"Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 2:0
Qollar: 1:0 - Rafinya - 32, 2:0 - Alba - 83
"PSV" (Niderland) - "Tottenhem" (İngiltərə) - 2:2
Qollar: 1:0 - Losano - 29, 1:1 - Lukas Moura - 39, 1:2 - Keyn - 54, 2:2 - de Yonq - 87
C Qrupu
"Liverpul" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 4:0
Qollar: 1:0 - Firmino - 20, 2:0 - Salah - 45, 3:0 - Salah - 51 (pen), 4:0 - Mane - 80
PSJ (Fransa) - "Napoli" - 2:2
Qollar: 0:1 - İnsinye - 29, 1:1 - Ruy - 61 (avtoqol), 1:2 - Mertens - 77, 2:2 - Di Mariya - 90+3
D Qrupu
"Lokomotiv" (Rusiya) - "Portu" (Portuqaliya) - 1:3
Qollar: 0:1 - Mareqa - 26 (pen), 0:2 - Errera - 35, 1:2 - Mirançuk - 38, 1:3 - Korona - 47
"Qalatasaray" (Türkiyə) - "Şalke-04" (Almaniya) - 0:0