"Zəfər Günləri" keçiriləcək

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında  Azərbaycanı təmsil edən Olimpiya Komandasının təbliğatı üçün "Zəfər Günləri"  adl tədbiri həyata keçirəcək. "OLAYLAR"-a Milli Olimpiya Komitəsindən bildirilib ki, Bakı 2015 Avropa Oyunları və Bakı 2017 İslam Həmrəylik Oyunlarından sonra Milli Olimpiya Komitəsinin artıq üçüncü dəfə "Zəfər Günlərini" təşkil edir. Tədbir Buenos Ayres 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızın ictimaiyyət nümayəndələri, xüsusilə media mənsubları ilə görüşünə xidmət edir.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibi Ağacan Abiyev, MOK-un baş katibinin müavini Azər Əliyev və idman federasiyalarının nümayəndələri iştirakı gözlənilir.

"Zəfər Günləri" 25 oktyabr tarixində saat 12:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31