FIFA İspaniya çempionatının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək
24 Oktyabr 2018 17:06 İdmanFIFA İspaniya La Liqasının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək.
Bununla bağlı qərar ali futbol qurumunun Şurasının oktyabrın 26-da Ruandanın paytaxtı Kiqalidə baş tutacaq iclasında qəbul olunacaq.
İspaniya Kral Futbol Federasiyası da La Liqa matçının ölkə hüdudlarından kənarda baş tutmasının əleyhinədir.
Qeyd edək ki, La Liqa rəhbərliyi XXI turun "Jirona" - "Barselona" oyunun ABŞ-da təşkilini planlaşdırır. Oyun 2019-cu il yanvarın 27-də keçiriləcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31