"Qarabağ" - "Vorskla" qarşılaşmasına 18 min bilet satılıb
24 Oktyabr 2018 15:48 İdmanOktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Vorskla" qarşılaşmasına cəmi 18 min bilet satılıb.
Bu barədə "Qarabağ" Futbol Klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.
Onun sözlərinə görə, həmin biletlərin 200-ü "Vorskla" klubunun azarkeşlərinə satılıb: "17 min 800 bilet isə yerli azarkeşlər tərəfindən alınıb".
Xatırladaq ki, "Qarabağ" - "Vorskla" qarşılaşması oktyabrın 25-də saat 20:55-də keçiriləcək.
Biletlərin qiyməti 2,4,8, 10 və 50 AZN (VİP) arasında dəyişir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31