Məktəblilər arasında çempionat keçirilir

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında futbol çempionatı keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan çempionatın əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək,  şagirdlərin sağlam və aktiv həya tərzinin təbliği işini genişləndirmək və futbol idman növünə marağını artırmaqdan ibarətdir.

"Məktəblinin dostu kuboku" adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparır.

Çempionatın sonunda I, II və III yerlərə layiq görülən komandalar mükafatlandırılacaq.

Qeyd edək ki, "Məktəblinin dostu" pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31