"Barselona" baş məşqçisi ilə müqavilənin müddətini uzadıb
22 Oktyabr 2018 17:20 İdmanİspaniyanın "Barselona" klubu baş məşqçi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb.
Bu barədə "Mundo Deportivo"ya Kataloniya klubunun prezidenti Josef Bartomey açıqlamsında bildirib.
O, Valverdenin müqaviləsindəki "sonradan daha bir il uzadıla bilmə" bəndindən istifadə etdiklərini bildirib. 54 yaşlı mütəxəssis yeni sözləşməyə əsasən, 2020-ci ilə qədər komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Ernesto Valverde 2017-ci il mayından "Barselona"ya rəhbərlik edir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31