Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi – Foto

Dağıstanlı idmançı Həbib Nurməhəmmədov azərbaycanlı müğənniyə hədiyyə göndərib.

Minval.info xəbər verir ki, bu barədə sənətçi Elnur Məmmədli sosial media hesabında paylaşım edib. Nurməhəmmədov müğənniyə üzərində özünün fotosu və imzası yer alan köynək göndərib.

E.Məmmədov eyni zamanda Həbibin ona ünvanladığı videonu hesabında yerləşdirərək idmançı ilə fəxr etdiyini qeyd edib: "Bütün müsəlman bacı-qardaşlarımızın səninlə fəxr edir".

UFC döyüşçüsü videoda Elnur Məmmədliyə ona azarkeşlik etdiyinə görə təşəkkürünü bildirib.

"Sənə uğurlar və can sağlığı arzulayıram. İnşallah, görüşənədək", - Həbib bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31