İspanlar italiyan mütəxəssiz arzusundadır
19 Oktyabr 2018 17:15 İdmanMövsümə uğursuz başlayan Real Madrid baş məşqçilik postunda dəyişiklik etmək qərarına gəlib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu ayın sonuna qədər "kral klubu"nun La Liqada "Levante" və "Barselona" ilə matçlarından sonra Lopeteqi ilə yolların ayrılması haqda yekun rəyə gəlindiyi bildirilib.
İspan Xuan Lopeteqini isə italiyan mütəxəssiz Antonio Kontenin əvəz edəcəyi bildirilib.
Qeyd edək ki, Kontenin son iş yeri Londonun "Çelsi" klubu olub. Konte zadəganlara, çalışdırdığı ilk mövsüm İngiltərə çempionu titulunu qazandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31