Nurməhəmmədov Makqreqoru qonaq çağırdı
19 Oktyabr 2018 13:35 İdmanYüngül çəkidə UFC üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov ünvanına səsləndirdiyi təhqirlərə görə Konor Makqreqoru bağışladığını açıqlayaraq, onu Dağıstana döyüş sambosu üzrə dünya çempionatına dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Nurməhəmmədov Feysbuk hesabında canlı yayım zamanı danışıb.
"Növbəti dəfə turnirin fəxri qonağı kimi dostumuz Oleq Taktarovu və Makqreqoru dəvət edirəm. Onun bütün təhqirlərini bağışladım", - Əbdülmanap Nurməhəmmədov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31