Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir
19 Oktyabr 2018 11:32 İdmanİspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema adam oğurluğuna cəhddə iştirak etməkdə şübhəli bilinir.
Mənbənin məlumatına görə, 30 yaşlı futbolçunun sabiq agenti Leo D'Souza məhkəməyə müraciət edərək, Benzemanın qohumlarını oktyabrın 8-da onu oğurlamağa cəhddə ittiham edib.
Hadisəyə Kərim və Leo arasında həll olunmamış 50 min avro məbləğində maliyyə məsələsi səbəb ola bilər.
Bildirilir ki, Paris Prokurorluğu sözügedən iş üzrə araşdırmalara başlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31