"Fənərbaxça" Azərbaycanı Rəsulzadənin sözləri ilə təbrik etdi
18 Oktyabr 2018 19:03 İdman"Beşiktaş"dan sonra "Fənərbaxça" və "Trabzonspor" da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib.
Bununla bağlı Türkiyə klublarının rəsmi "Feysbuk" səhifələri yazıb.
"Fənərbaxça" xalqımızı Azərbaycan dilində və Məhəmməd Əmin Rəsulzadənin məşhur sözləri ilə təbrik edib: "Bir kərə yüksələn bayraq, bir daha enməz! Azərbaycanın müstəqillik günü mübarək olsun!".
"Trabzonspor" isə Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci il dönümünü təbrik edib.
qol.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31