Penitensiar xidmətdə şahmat yarışı təşkil olunub

Azərbaycan Ədliyyəsinin yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planına əsasən Penitensiar xidmətin Baş idarəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə şahmat yarışı təşkil olunub. Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,  Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşının iştirak etdiyi yarışın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31