"Beşiktaş" klubu Azərbaycan xalqını təbrik edib

Türkiyənin "Beşiktaş" klubu 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı sosial şəbəkələrdəki hesablarında paylaşım edib. 

Klub rəsmi "Facebook", "Twitter" və "İnstagram" səhifəsində Azərbaycan xalqını təbrik edib. Hər iki səhifədə "Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət" yazısı yer alıb.

İstanbul təmsilçisi həmçinin Azərbaycan və Türkiyə bayraqları olan fotonu da paylaşıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31