"Arsenal"ın oyunçusu təyyarəyə görə oyundan imtina etdi
18 Oktyabr 2018 12:07 İdmanLondon "Arsenal"ının və Qabon yığmasının hücumçusu Pyer-Emerik Obameyanq oktyabrın 16-da Afrika Millətlər Kubokunun seçmə qrup oyunları çərçivəsində Cənubu Sudan yığması ilə keçirilən görüş üçün təyyarə ilə Cuba şəhərinə səfərdən imtina edib.
Qabon yığmasının üzvü bundan əvvəl Cənubi Sudanla keçirilən və 3:0 hesabı ilə qalib gəldikləri ev oyununda iştirak edib.
Ancaq futbolçu Qabon yığmasının səfərdə Cənubi Sudana 1:0 hesabı ilə qalib gəldiyi oyunda oynamayıb. "Lchr("39")Equipe" nəşrinin məlumatına görə, Qabon Futbol Federasiyasının sifariş etdiyi təyyarə yaxşı əziyyətdə olmadığı üçün Obameyanq və bir neçə digər futbolçu bu təyyarə ilə Cənubi Sudana uçmaqdan imtina edib.
Obameyanq daha sonra Londona qayıdıb. Lakin rəsmi açıqlamada futbolçunun Qabon yığmasını tərk etməsinin səbəbinin zədələnməsi ilə əlaqədar olduğu bildirilib.
Sportnet.az