İdman tarixində ən bahalı müqavilə imzalandı

Meksikalı boksçu Saul Alvares DAZN striminq xidməti ilə müqavilə bağlayıb. 

28 yaşlı idmançının imza atdığı müqavilənin dəyəri 365 milyon dollardır.

Müqavilənin şərtlərinə əsasən, Alvares 2023-cü ilədək 11 döyüşə çıxmalı olacaq. 
 

Meksikalı boksçunun müqaviləsi idman tarixində ən bahalı kontrakt olub. 

Qeyd edək ki, bu vaxtadək amerikalı beysbolçu Cankarlo Stentonun 2014-cü ildə "Mayami Marlins"lə imzaladığı müqavilə ən bahalı sayılırdı. Bu müqavilə əsasında Stenton 13 il müddətində 325 milyon dollar qazanmalıdır. |oxu/az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31