“Liverpul”da “qara” günlər başladı: 4 futbolçusu zədələndi
18 Oktyabr 2018 07:30 İdmanMövsümə uğurlu start verən "Liverpul"un 4 futbolçusu zədələnib.
Sadio Mane, Nəbi Keyta, Məhəmməd Salah və Vircil van Deyk milli komandalarında zədələniblər. Manenin barmağı sınıbsa, van Deyk qabırğasından xəsarət alıb. Nəbinin dizaltı vətərində, Salahın isə budunda problem var. Onların bu həftə Premyer Liqa matçında iştirakları gözlənilmir.
Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını ən mənasız turnir adlandırmışdı. (azxeber.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31