Almaniya yığması yeni antirekorda imza atıb
17 Oktyabr 2018 13:37 İdmanUEFA Millətlər Liqasının IV turunda Fransaya məğlub olan Almaniya yığması antirekorda imza atıb.
Bundestim bir təqvim ilində ən çox məğlub olduğu dövrü yaşayır. 2018-ci ildə keçirdiyi 11 görüşün 6-dan məğlub ayrılan dördqat dünya çempionları üçün bu, tarixindəki ən pis göstəricidir.
Daha əvvəl Almaniya yığmasının zəif nəticələri 1985-ci ilə təsadüf edib. Həmin il komanda 5 dəfə məğlub olub.
Qeyd edək ki, Fransa Almaniyaya 2:1 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra Bundestim növbəti mərhələ şanslarını itirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31