Terim "Qalatasaray"la yeni müqavilə imzaladı

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.

"İmperator" 2021-2022-ci il mövsümünün sonuna qədər "sarı-qırmızılılar"ın sükanı arxasında olacaq. Ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray"a baş məşqçi təyin olunan 65 yaşlı mütəxəssis mövsümün sonunda kluba 21-ci ölkə çempionluğunu gətirib.

Hazırda Türkiyə Superliqasında lider olan "Cim-Bom" Çemponlar Liqasında da 2 turdan sonra 3 xalla 3-cü yeri tutur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31