"Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

2019-cu ilin aprelində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletləri bu gün satışa çıxarılacaq.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommunikasiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib. Onun sözlərinə görə, biletləri bakucitycircuit.az və itiket.az saytlarıdan, eləcə də satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, 2019-cu il Azərbaycan Qran Prisi 26 - 28 apreldə təşkil olunacaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31