Həbib meydan oxudu - Mayvezerdən cavab gəldi

Boks üzrə keçmiş dünya çempionu Floyd Mayvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun döyüş təklifini qəbul edib.

Bu barədə dünya çempionu Tvitter hesabında məlumat verib.

Döyüşün gələn ilin əvvəllərində baş tutması gözlənilir.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Konor Makqreqor üzərində qələbədən sonra boks üzrə keçmiş dünya çempionu Floyd Mayvezerlə qarşılaşmaq istədiyini bəyan edib:

"İrəli, Floyd! Mən qarşılaşmağa hazıram: 50-0 27-0-a qarşı. Biz ikimiz də heç vaxt uduzmamışıq. Niyə də olmasın? Bu cəngəlliklərin sadəcə bir kralı var və o da mənəm. Çünki mən Konoru məğlub edə bildim. Bu, çox asan oldu".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31