Faiq Qarayev məşqçilik karyerasını da başa vurub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi verəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31