Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib
9 Oktyabr 2018 11:14 İdmanRusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində ikinci pilləyə yüksəlib.
30 yaşlı döyüşçü buna ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması sayəsində nail olub.
Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib.
Qeyd edək ki, reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaşou isə 3-cü pillədədir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31