Çempionlar Liqasında həftənin qolu müəyyənləşib

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.

Bu, azarkeşlər arasındakı sorğu nəticəsində məlum olub. 

İspaniyanın "Barselona" komandasının xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiçin II turda İngiltərədə "Tottenhem"i 4:2 hesabı ilə məğlub etdikləri görüşdə vurduğu qol həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi bu sıralamada İtaliya "Yuventus"unun forvardı Paulo Dibala, Fransa PSJ-sinin hücumçusu Neymar və Belçika "Brügge"sinin oyunçusu Arno Qruneveldi üstələyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31