Məsut Özildən Azərbaycanla bağlı növbəti STATUS

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşan London "Arsenal"ının yarımmüdafiəçisi Məsut Özil Azərbaycanla növbəti status paylaşıb.

Ulduz oyunçu "Twitter"dəki şəxsi səhifəsində bu sözləri yazıb: "Bu axşam çox mehriban qarşılandıq. Bakı Olimpiya Stadionu, çox sağ ol!"

Qeyd edək ki, oyuna əvəzetmədən daxil olan M.Özil Azərbaycan azarkeşləri tərəfindən alqışlarla qarşılanmışdı.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31