“Arsenal”ın futbolçuları Bakıda pişiklə oynadılar - FOTO

Məlum olduğu kimi, dünən İngiltərənin "Arsenal" klubunun futbolçuları saat 18:30-da Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

Bu an stadionda peyda olan pişik London klubunun futbolçularının diqqətini çəkib.

Belə ki, "Arsenal"ın almaniyalı futbolçuları - türk əsilli Məsut Özil və boşnak əsilli Sead Kolaşinats həmin pişiklə oynamağa başlayıb. Həmin fotoları təqdim edirik:

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31