Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti müəyyənləşib

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib. 

FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç təşkilatın rəhbəri seçilib.

Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub. 

Britaniyalı Naycel Şort isə səsverməyə bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.  

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31