Bakı məktəblisi dünya çempionatında
3 Oktyabr 2018 13:05 İdmanPaytaxt məktəblisi Rusiyada keçirilən Universal döyüş üzrə dünya çempionatında II yerə layiq görülüb. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, İdarənin tabeliyindəki 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehman Səfərov 95 kiloqram çəki dərəcəsində uğurla çıxış edib.
Çempionatın nəticələrinə əsasən, M.Səfərov diplom və medallarla təltif olunub.
Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. O, bir sıra ölkədaxili və beynəxalq səviyyəli yarışlara qatılaraq parlaq uğurlara imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31