İsveç klubunun futbolçusu vurduğu qolu pivə içərək qeyd edib
2 Oktyabr 2018 16:22 İdmanİsveçin "Hammarbü" klubunun futbolçusu Kennedi Bakirçioğlu vurduğu qolu pivə içərək qeyd edib.
37 yaşlı yarımmüdafiəçi İsveç çempionatının XXIV turunda "Göteborq"u 3:0 hesabı ilə məğlub etdikləri görüşün 79-cu dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirdikdən sonra qeyri-adi davranışı ilə diqqət mərkəzinə düşüb.
Oyunda yekun hesabı müəyyənləşdirən Bakirçioğlu qola sevinən zaman azarkeşin tulladığı pivə stəkanını göydə tutaraq bir qurtum içib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31