"Qarabağ" - "Arsenal" oyununun hakimləri açıqlanıb
1 Oktyabr 2018 13:27 İdmanAvropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ"ın İngiltərənin "Arsenal" komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostanzo yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Daniele Doveri ilə Mixael Fabri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.
Qeyd edək ki, görüş saat 20:55-də başlayacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31