MOİK və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş keçirilib

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Stefan Marginean ilə görüşüb. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi təhsil müəssisələri və hərbi hissələrdə cüdo idman növünün tədris proqramına daxil edilməsi, tədris materialları ilə təmin olunması haqqında müzakirələr aparılıb, eləcə də birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31