"AVRO 2024"-ün ev sahibi bəlli olacaq
27 Sentyabr 2018 14:44 İdmanBu gün "AVRO 2024"-ə ev sahibliyi edəcək ölkənin adı müəyyənləşəcək.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, ev sahibi ölkənin adı UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra açıqlanacaq.
"Avro 2024"-ə ev sahibliyi etməyə Türkiyə və Almaniya namizədliyini verib.
Qeyd edək ki, "Avro 2020" çərçivəsində Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31