Dünyanın ən gülməli idmançılarının reytinq siyahısı hazırlanıb

Milli Basketbol Assosiasiyasının (NBA) dördqat qalibi Şakil ONil dünyanın ən gülməli idmançısı sayılıb. 

Reytinq siyahısını nüfuzlu "WatchMojo" portalı hazırlayıb. Araşdırmalar idmançıların başına gələn ekstravaqant və qeyri-adi hadisələr əsasında aparılıb. 

Siyahıda ikinci yeri mərhum boksçu Məhəmməd Əli tutub. "Üçlüy"ü Amerika futbolu oyunçusu Peyton Menninq qapayıb. 

İlk "onluq"dakı digər idmançılar basketbolçu Çarlz Barkli, tennisçi Novak Cokoviç, amerika futbolçusu Brett Favr, futbolçu Zlatan İbrahimoviç, hokkeyçi Pi Key Subban və Ceremi Renik, beysbolçu Brayan Uilsondur. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31