Monqolustan Prezidenti Bakıda cüdo üzrə dünya çempionatını izləyib
25 Sentyabr 2018 17:45 İdmanAzərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.
Çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. Otqonbaatar Lxaqvasuren bürünc medal uğrunda görüşdə gücünü sınayacaq.
Qeyd edək ki, dünya çempionatında 250 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31