Ronaldo "Real"a qayıdacaq - Perez

Real Madridin prezidenti  Florentino Perez FİFA-nın ilin ən yaxşılarını seçdiyi  "The Best" tədbirində  Kriştiano Ronaldo barədə açıqlama verib.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, Perez açıqlamasında "Kral klubu"nun Ronaldonun evi olduğunu bildirib. 

Klub prezidenti qeyd edib ki, Ronaldo bütün Real Madrid azarkeşlərinin qəlbindədir: 

"Mükafatlandırma mərasiminə gəlsəydi, onu qucaqlayacaqdım. Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq".

Qeyd edək ki, portuqaliyalı futbolçu hal-hazırda İtaliyanın "Yuventus" klubunun formasını geyinir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31