"Qalatasaray"dan ŞOK MƏĞLUBİYYƏT
24 Sentyabr 2018 00:17 İdmanTürkiyə Super Liqasının 6-cı turu "Qalatasaray"ın biabırçı məğlubiyyətiylə yadda qalıb.
Publika.az xəbər verir ki, turnir cədvəlinə liderlik edən "Qalatasaray" səfərdə "Akhisarspor"a 3-0 hesabı ilə məğlub olub.
Çempionlar liqasında "Lokomotiv Moskva"nı 3-0 məğlub edən "Sarı-qırmızılılar"ın bu məğlubiyyəti azarkeşləri məyus edib.
Qeyd edək ki, bu, "Akhisar"ın cari mövsmdə ilk qələbəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31