Pique tennis turniri keçirəcək - Qalibə 10 milyon dollar mükafat
21 Sentyabr 2018 18:52 İdman"Kosmos" investisiya qrupu "Barcelona"nın müdafiəçisi Jerar Pikenin rəhbərliyi ilə kişilər arasında yüksək səviyyəli "Majesty cup" tennis turniri keçirməyə hazırlaşır.
64 tennisçinin iştirakı ilə keçirilməsi planlaşdırılan turnirin mükafat fondu 10 milyon dollar olacaq. Turnirdə diqqət çəkən əsas məqam mükafat fondunun qalibə verilməsidir, digər 63 tennisçiyə ödəniş edilməyəcək.
"Majesty cup" sentyabrda "ABŞ Open" turnirindən 1 həftə sonra keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31