Çempionlar Liqasında I turun ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi azarkeşlər arasındakı səsvermənin nəticəsinə əsasən, ilk turun ən yaxşı oyunçusu seçilib.

31 yaşlı argentinalı forvard Pol Poqba ("Mançester Yunayted", İngiltərə), Nabil Fekir ("Lion", Fransa) və Ceyms Milner ("Liverpul", İngiltərə) ilə yarışdan qalib çıxıb. Messi ilk turda Hollandiyanın "PSV" klubuna qarşı matçda het-trik edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31