"Arsenal"ın baş məşqçisi Avropa Liqasında rekorda imza atıb
21 Sentyabr 2018 13:49 İdman"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri rekorda imza atıb.
46 yaşlı ispaniyalı mütəxəsis Avropa Liqasında ən çox qələbə qazanan baş məşqçi olub. O, "Arsenal"ın I turda Ukrayna "Vorskla"sını 4:2 hesabı ilə məğlub etdiyi matçda 32-ci qalibiyyətinə sevinib. Bu isə rekord göstəricidir.
Buna qədər İspaniyanın "Sevilya" klubu ilə 31 qələbə əldə edən Emeri 2014-2016-cı illər ərzində ardıcıl 3 dəfə Avroliqanın qalibi olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31