Ramosdan sarı vərəqə rekordu
20 Sentyabr 2018 17:00 İdman"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının ən çox sarı vərəqə alan futbolçusu olub.
Son olaraq dünən "Roma"ya qarşı matçın 23-cü dəqiqəsində xəbərdarlıq alan komandanın kapitanı bu turnirdəki sarı vərəqələrinin sayını 37-yə yüksəldib. Bununla da o, "Mançester Yunayted"in əfsanəsi Pol Skoulzu geridə qoyaraq (36) bu göstəricidə birinci olub.
Qeyd edək ki, S.Ramos La Liqada da ən çox sarı vərəqə alan futbolçudur (162).
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31