"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarıldı
20 Sentyabr 2018 11:08 İdman"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılıb.
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" oktyabrın 4-ü İngiltərənin "Arsenal" klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri bu gündən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.
Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
"İticket" kassaları
Sumqayıt şəhəri (ASAN xidmət)
"28 Mall"
"Gənclik Mall"
Qeyd edək ki, stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31