"Son ana qədər döyüşəcəyik" - Ozobiç

"Sportinq" yaxşı komandadır. Düşünürəm ki, məşqçi bizə rəqibin yaxşı və pis tərəflərini göstərib. Məşqçimizin dediklərinə əməl edə bilsək, yaxşı nəticə əldə edə bilərik.

Olaylar.az  qol.az-a istinadın xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Güclü komandaya qarşı oynayacağımızı bilirik. Son ana qədər döyüşəcəyik. Yaxşı oyun göstərmək niyyətimiz var. Bakıya yaxşı nəticə ilə qayıtmaq əla olacaq" - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31