Azərbaycan millisi böyük hesabla uduzdu: 7:0
19 Sentyabr 2018 10:24 İdmanKiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Olaylar.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ramin Quliyevin komandası Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş 7:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, komandamız bu rəqiblə sentyabrın 20-də də üz-üzə gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31