İspaniya klubu "Qarabağ"ın rəqibindən FIFA-ya şikayət edib
18 Sentyabr 2018 15:31 İdmanİspaniyanın "Rasinq" klubu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliyanın "Sportinq"indən FIFA-ya şikayət edib.
Bu barədə Santander təmsilçisinin prezidenti Viktor Blanko bildirib. Şikayətə səbəb "Sportinq"in futbolçu Markos Akunyanın transferi üçün nəzərdə tutulan 1,37 milyon avronu ödəməməsidir.
Qeyd edək ki, Akunya 2017-ci ilin yayında "Rasinq"dən "Sportinq"ə keçib. O, 11 dəfə Argentina millisinin də formasını geyinib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31