Azərbaycan Premyer Liqasında mövsümün rekordu
17 Sentyabr 2018 19:02 İdmanAzərbaycan Premyer Liqasının IV turunun oyunlarını 4600 tamaşaçı izləyib. Bu da mövsümün yeni rekordudur.
Ötən tur qeydə alınan 4450 tamaşaçılıq göstərici arxada qalıb. İlk iki turda isə daha az seyrçi müşahidə olunub. İlk turda 1700, II oyun həftəsində 2550 nəfər matçları izləyib.
Qeyd edək ki, IV turda "Qarabağ" - "Sumqayıt" matçında daha çox - 1600 tamaşaçı olubsa, "Neftçi" - "Keşlə" oyununu 1300, "Sabah" - "Qəbələ" qarşılaşmasını 1200, "Səbail" - "Zirə" görüşünü isə 500 azarkeş seyr edib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31