Beynəlxalq Atletika Federasiyası 1-ci dərəcəli lektorlar üçün seminar keçirib
17 Sentyabr 2018 17:34 İdman10-14 sentyabr tarixlərdə Beynəlxalq Atletika Federasiyasının dəstəyi ilə, Bakıda Atletika üzrə birinci dərəcəli lektorlar üçün beynəxalq kurs keçirilib. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 15 iştirakçının qatıldığı seminar uğurla keçib. Belə ki, 15 iştirakçı arasından 6 nəfər seminarın sonunda keçirilmiş imtahanı və seminar dövründə tələb olunan nəzəri və praktiki çalışmaları uğurla keçib. İmtahanı uğurla keçən iştirakçılar: Hakim İbrahimov, Vüqar Ələsgərov, Nemət Heydərov, Balaqardaş Məcidov, Qılınc Əhmədov və Cəfər Cəfərovdur.
Bu kursun nəticələri Beynəlxalq Atletika Federasiyasına göndərilir, və yuxarıda adı çəkilmiş iştirakçılar yığdıqları ballara uyğun olaraq Lektor və ya Assistant Lektor sertifikatını alacaqlar. Bu kursç BAF-ın qeydiyyat bazasında rəsmi olaraq təsdiqlənmiş kursdur. Bütün iştirakçılara Beynəlxalq Atletika Federasiyası tərəfindən göndərilmiş iştirak sertifikatları verilib.
Kurs üçün yaradılmış şəraitə görə, Azərbaycan Milli Olimpiya Komitəsinə öz dərin minnətdarlığımızı bildiririk.