“Yuventus”un futbolçusunu ağır cəza gözləyir
17 Sentyabr 2018 16:22 İdman"Yuventus"un futbolçusu Duqlas Kosta "Sassuolo" ilə oyunda rəqib futbolçu Di Françeskoya qarşı ədəbsiz hərəkət edib.
Braziliya millisinin üzvü 90+1-ci dəqiqədə rəbinə kəllə vurub və sarı vərəqə alıb. Bununla da kifayətlənməyən Kosta 2 dəqiqə sonra Di Françesko ilə dialoq zamanı onun gözlərinin içinə baxaraq, üzünə tüpürüb. Onun bu ədəbsiz hərəkəti VAR-ın köməkliyi ilə baş hakimə çatıdırılıb. Hakim də Duqlası qırmızı vərəqə gösətərərək, meydandan qovub.
Bu hərəkətə görə, 28 yaşlı vinqeri 3-5 oyunluq cəza gözləyir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31